Ağ tüklər bir çox xanımları narahat edən əsas problemlərdən biridir. Elektroepilyasiya bu problemi həll edir.
Lazer şüası yalnız melanin piqmentinə təsir göstərdiyindən, lazer epilyasiyası ağ tüklərə təsir etmir. Ağ tüklərin aradan qaldırılmasının ən etibarlı üsullarından biri elektroepilyasiya hesab olunur.
Yuxarıda da qeyd etdiyimiz kimi ağ tükləri heç bir lazer epilyasiya cihazı görmür. Buna görə də ağ tüklər üçün xüsusi avadanlıq olan elektroepilyasiya cihazından istifadə olunur. İynəli elektroepilyasiya qalıcı epilyasiya növləri arasında keçmiş bir üsuldur. Buna baxmayaraq, arzu olunmaz ağ tüklərdə ən effektiv üsul olaraq bir nömrə olmağı qoruyub saxlayır.
Ağ tüklərə son! İynəli elektroeepilyasiya zamanı hər tük kökünə incə iynə batırılır. Elektrik enerjisi verilərək tük kökü parçalanır və tük yerindən çıxarılır. Prosedur hər tük kökünə fərdi edilir. Elektroepilyasiyanın ən böyük üstünlüyü hər rəngdə tükə uyğun olmasıdır.
Elektroepilyasiya 100% effektli yeganə epilyasiya növüdür. Tüklərin kökü bir-bir yandırılımaqla qısa zamanda arzuolunmaz tüklərdən azad olmağa imkan verir. Cəmi 5-6 seansa tüklərdən ömürlük azad olmaq mümkündür. Effektə tam zəmanət verilir.
Elektroepilyasiya (iynəli epilyasiya da deyilir) qonşu Rusiya, Türkiyə, Ukrayna kimi ölkələrdə çox geniş yayılmışdır. Termoliz, brend, fleş kimi növləri vardır.
Bütün nahiyələrə, hətta bikini, qaş kimi nahiyələrə də tətbiq oluna bilər. Qaş aldırmaqdan birdəfəlik azad olmaq üçün yeganə seçimdir. Prosedur zamanı keyidici krem və ya yerli keyitmədən istifadə olunur ki, bu da prosedurun az ağrılı olmasına, heç bir qansız, izsiz və ləkəsiz formada keçirilməsinə kömək edir.
Elektroepilyasiya eyni zamanda hormonal tüklər üçün ən tez effekt verən yeganə üsuldur.
Elektroepilyası cihazının başqa bir növü də pinsetli elektroepilyasiyadır. Bəzi pinsetli elektroepilyasiya cihazları həm də papiloma, ziyil və ət xallarının götürülməsi üçün koaqulyasiya başlığına sahibdir.