Elektroepilyasiya yeganə metoddur ki, tüklərin rəngindən asılı olmayaraq (ağ tüklər də daxil olmaqla) hər tük tipi və hər tip dəri növü üçün uyğundur. Ağ tüklər bir çox xanımları narahat edən əsas problemlərdən biridir. Elektroepilyasiya bu problemi həll edir.
Lazer şüası yalnız melanin piqmentinə təsir göstərdiyindən, lazer epilyasiyası ağ tüklərə təsir etmir. Ağ tüklərin aradan qaldırılmasının ən etibarlı üsullarından biri elektroepilyasiya hesab olunur
Elektroepilyasiya cihazları iki cür olur:
– Pinsetli elektroepilyasiya
– İynəli elektroepilyasiya