Blog

Lazer epilyasiya kursu

Beynəlxalq sertifikatlı lazer epilyasiya kursu (PEŞƏKAR LAZEROLOQ OL!)

Lazer epilyasiya kursu müddətində bütün cihazların təlimi keçirilir. Aleksandrit və diod lazer, fotoepilyasiya cihazlarının incəlikləri öyrədilir.

 

Mesa Academy beynəlxalq standartlaşdırma təşkilatı (ISO) tərəfindən «ISO 9001:2015», «ISO 29993:2017» standartları ilə akkreditasiya olunmuş tədris müəssisəsidir.

 

Lazer epilyasiya kursu 1 ay davam edir. Lazer epilyasiya kursu həftədə 3 dəfə 1 saat olmaqla nəzəri, praktiki sərbəst işləmədən ibarətdir. Həftəlik 3 saat, aylıq 12 saat.

 

Lazer epilyasiya kursu “Epiray” cihazının Azərbaycan üzrə rəsmi təlimçisi Fazilə Məmmədova tərəfindən keçirilir.

Kursa daxildir:
✅ Nəzəri hissə
✅ Praktiki hissə
✅ Sərbəst işləmə
✅ ISO beynəlxalq standartlı Diplom və Sertifikat (ISO 9001/29993)

Lazer epilyasiya kursunu bitirən tələbələr kursu uğurla başa vurduqlarını təsdiqləyən sertifikatı almaq üçün imtahandan keçirlər. İmtahan nəticələri təlimçi tərəfindən uğursuz sayılan tələbələr növbəti imtahana daxil olmaq üçün təlimçi həkimlə ödənişsiz olaraq hazırlıqlarını davam etdirirlər. Bu hal imtahanı uğurla keçib sertifikat verilənədək davam edir.

Təlimçi kursu başa vuran məzunların suallarını 3 ay ərzində cavablandırmaqda öhdəlik daşıyır.

Bu işi o‌yrənmək istəyən hər kəs kursda iştirak edə bilər. Lazer epilyasiya kursunda iştirak etməklə lazeroloq üçün tələb olunan bilik və bacarıqları nəzəri praktiki olaraq əldə edəcəksiniz. Bu işi öyrənmək istəyən hər kəs kursda iştirak edə bilər.

Kurs proqramına daxildir:

• Dərinin quruluşu
• Tük haqqında məlumat
• Ümumi epilyasiya cihazlar haqqında məlumat
• Lazer şüası ilə işləyən epilyasiya cihazları
• Tük və melanin haqqında məlumat
• Epilyasiyada göstəriş və əks göstəriş
• Epilyasiya cihazlarının bir-birindən fərqləndirən xüsusiyyətlər
• Epilyasiya zamanı fərdi və ümumi gigiyenik qaydalar
• Aleksandrit lazer epilyasiya cihazı və onunla epilyasiya qaydası
• Diod lazer epilyasiya cihazı və onunla epilyasiya qaydası
• ND: Yag lazer epilyasiya cihazı və onunla epilyasiya qaydası
• Bədənin bütün nahiyyələrində epilyasiya qaydası
• Pasiyent psixologiyası və pasiyentlə davranış qaydası
• Foto epilyasiya cihazı və onunla epilyasiya qaydası
• Elos epilyasiya cihazı və onunla epilyasiya qaydası
• Çoxfunksiyalı epilyasiya cihazları və onunla epilyasiya qaydaları
• Sərbəst iş
• Göstəriş və əks göstəriş

 

Lazer epilyasiya kursu barədə ətraflı olaraq aşağıdakı videodan baxa bilərsiniz. (Lazer epilyasiya mütəxəssisi – Fazilə Məmmədova)